Bakıda ilk dəfə «Luxury Travel Mart» tədbiri keçirilib — FOTOLAR

1677064559

Azərbaycanda ilk dəfə MDB məkanının ən böyük turizm tədbirlərindən biri olan «Luxury Travel Mart» baş tutub.

Turizmplus.az xəbər verir ki, fevralın 21-də «Four Seasons Baku Hotel»də keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən 78 hotel və tur-operatorun nümayəndələri iştirak edib.

«Travel Media» şirkəti və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə 200-dən çox yerli şirkət nümayəndəsinin iştirakı qeydə alınıb. Tədbirin ilk hissəsi B2B görüşlərlərlə yadda qalıb. Daha sonra xarici və yerli turizmçilərin birgə iştirakı ilə bədii hissə keçirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun İcraçı direktoru Florian Zenqstşmid, o cümlədən Azərbaycan Turizm Agentliklər Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov iştirak ediblər.

Qeyd edək ki, «Luxury Travel Mart» MDB bazarlarında yeni əlaqələr qurmaq və köhnə əlaqələri gücləndirmək istəyən lüks məhsullar təklif edən şirkətlər üçün B2B tədbiridir.

Menecerlər