Turizmçilər üçün Litvaya info-tur təşkil olunacaq — MƏLUMAT

Vilnius 197611

«Alean Company» tur-operatorunun təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri üçün Litvaya «fam trip» təşkil olunacaq.

Turizmplus.az xəbər verir ki, müalicəvi kurortlara səfərlərin baş tutacağı info-tur aprelin 17-də start götürüb 22-də bitəcək. İnfo-tur proqramına Druskinkai kurortunun aparıcı sanatoriya və mehmanxanalarına, Birştonalara, Tibb Mərkəzlərinə səfərlər və həkimlərlə görüş daxildir. İnfo-turun qiyməti 200 avro təşkil edir.

Qeyd edək ki, Vilnüsə ekskursiya proqramı da nəzərdə tutulub.

Qeydiyyar üçün: [email protected]

Menecerlər