«Alean Company» tur-operatorunun təşkilatçılığı ilə Azərbaycana info-tur baş tutub

WhatsApp Image 2023 05 22 at 11.41.25

«Alean Company» tur-operatoru 2012-ci ildən etibarən Azərbaycanda turizm sahəsini fəal şəkildə inkişaf etdirir.

Turizmplus.az xəbər verir ki, tur-operatorun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrini təmsil turizm agentlikləri üçün hər il Azərbaycana məlumat turları keçirilir. Belə info-turlardan biri də 16-20 may tarixlərində Rusiyadan olan turizm şirkətlərinin rəhbərləri və menecerləri üçün baş tutub.

“Bakıdan Naftalana” adlı informasiya turunda 15-dən artıq Rusiyada fəaliyyət göstərən turizm şirkətinin nümayəndəsi iştirak edin. İnfo-tur iştirakçıları maraqlı ekskursiya proqramı, hotellər və yeniliklərlə tanış olub.

Bununla yanaşı, rusiyalı turistlər sanatoriyalarda müalicə paketləri tanışlıq, milli mətbəx nümunələrini dadmaq şansı da əldə edib, Azərbaycanın köklü mədəniyyəti və isti qonaqpərvərliyinin şahidi olublar.

 WhatsApp Image 2023 05 22 at 11.41.26

WhatsApp Image 2023 05 22 at 11.56.15 1

Menecerlər