Antalya hotellərində yeni mövsümdə qiymətlər 10-30 faiz arta bilər

415721 8 4812 800 535 170965 VAId998Seq21IMGa7318f4a3ef79718da0ea27a307dfada

“Münasib qiymət siyasətimiz müəyyən dövr üçün yaxşı strategiya idi. Ancaq Türkiyə indi fərqli versiyaya keçib. Çünki dünyada artan xərc təzyiqi investorları çətin vəziyyətə salıb. 2024-cü ildə tələb edəcəyimiz rəqəmlər dünya miqyasına baxdıqda yenə çox məqbuldur. Yeni mövsümdə avro əsasında 10-30 faiz artımlar ola bilər. Bu nisbət obyektin yerindən asılı olaraq dəyişəcək. Biz də 15 faiz artım planlaşdırırıq. Bu faiz gecələmə üçün 21 faiz olacaq”.

Turizmplus.az xəbər verir ki, bu sözləri «Hürriyətə» açıqlamasında «Nirvana Hotels Group» CEO-su Korhan Alşan deyib. O, qeyd edib ki, zəlzələ baş verməsəydi, bu il Antalya 18 milyon turistə çatacaqdı.

«2023-cü ildə əla gedən satış dinamikasının 6 fevral zəlzələsinin təsiri ilə birdən-birə kəsildiyini ifadə edən Alşan, «Hamımız böyük bir sarsıntı yaşadıq. Sektor çox dərin bir rezerv çöküşünə düşdü. Açığı, yeni böhranla üzləşdik. Xüsusilə xarici turistlər çox narahat idi. ‘Antalya risk altındadır. ‘Mümkündürmü’ kimi suallarla qarşılaşdıq. Hətta hotelimizin zəlzələyə davamlı olduğunu göstərən texniki hesabatlar da bizdən istəyənlər oldu.

İyunun ortalarından etibarən qismən aktivlik başladı. Xüsusilə yüksək qiymətli məhsullarda boşluqlar var idi. İqtisadi, büdcə «Yönlü hotellərdə daha yüksək doluluq nisbətlərini müşahidə etdik. . İyul ayından sonra çox yüksək tələbat aldıq. Oktyabrın sonuna olan məlumata görə, Türkiyədə turistlərin sayı 50 milyonu keçdi. Zəlzələ olmasaydı, Türkiyə 65 milyon, Antalya isə 18 milyon turistə çatacaqdı”-  deyə, Korhan Alışan qeyd edib.

Menecerlər