PASHA TRAVEL: Azərbaycan və Monteneqro yenidən birləşir — FOTOLAR

Pasha Travel 33

Fevralın 29-da “PAŞA Travel” tərəfdaşları üçün Monteneqro turizm məhsulunun rəsmi təqdimatını həyata keçirib. Tədbir 150-dən çox yerli turizm agentliklərinin, “Azərbaycan Hava Yolları” aviaşirkətinin və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının nümayəndələrini bir araya gətirib.

Turizmplus.az xəbər verir ki, tədbir “PAŞA Travel” şirkətinin Baş icraçı direktoru Bəhruz Əsgərovun səmimi salamlama nitqi ilə başlayıb. O, tədbirdə qonaqlara iştirak etdiklərinə görə təşəkkürünü bildirərək qeyd edib ki, artıq Monteneqroya turların satışına başlanılıb və birbaşa uçuşlar “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən cari ildə iyun ayının 6-dan sentyabrın 16-dək Bakı-Tivat-Bakı marşrutu üzrə həftədə iki dəfə olmaqla həyata keçiriləcək. Sonda onu da qeyd edib ki, Monteneqroya səfərlərin üstün cəhətlərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.

Pasha Travel 13

Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Azərbaycandan digər istiqamətlərə birbaşa uçuşların həyata keçirilməsinin ölkə turizminə fayda gətirəcəyini qeyd edib. Sədr bildirib ki, Assosiasiya hər zaman bu kimi yeni addımları dəstəkləyir.

Pasha Travel 19

Tədbir zamanı Monteneqro istiqaməti, həmçinin «PAŞA Travel» şirkətinin struktur bölməsi olan “PAŞA Holidays” turoperatorunun digər məşhur turizm məhsulları, o cümlədən Şarm Əl-Şeyx, Gürcüstan, BƏƏ və Xorvatiya turizm istiqamətləri haqqında geniş məlumat təqdim edilib. Turizm agentlikləri üçün nəzərdə tutulan online.pashaholidays.az platformasının üstünlüklərindən danışılaraq qeyd olunub ki, agentlər bu platforma vasitəsilə öz müştəriləri üçün səyahət paketlərini tez bir zamanda seçib bron edə bilərlər.

Tədbirin əsas məqamlarından biri turizm agentlikləri üçün qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə nəzərdə tutulmuş yeni bonus proqramının təqdimatı olub. Burada yeni həvəsləndirici bonusların çalışma prinsipləri haqda geniş izah verilib.

Pasha Travel 30

Bu tədbir “PAŞA Travel”-in davamlı sürətli böyüməsini və inkişafını, eləcə də müştərilərinə gözəl səyahət təcrübələri təqdim etmək niyyətini ifadə edir.

Bu və ya digər turlar haqda məlumatı müştərilər “PAŞA Travel” rəsmi səhifəsini (www.pashatravel.az) ziyarət etməklə, çağrı mərkəzinə (012 404 10 90)  zəng vurmaqla və sosial şəbəkələrdəki rəsmi hesablar vasitəsilə əldə edə bilərlər.

Pasha Travel 9

Pasha Travel 31

Menecerlər