Turizmçilərin Şuşaya ilk səfərindən geniş VİDEOREPORTAJ — TURİZM+ TV

IMG 6858 scaled

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Assosiasiya üzvləri üçün Şuşaya ilk tanışlıq səfəri təşkil olunub.

Turizmplus.az xəbər verir ki, 35 şirkətin iştirak etdiyi səfər zamanı ATAA üzvləri Cıdır düzünü, Şuşa Qala divarlarını, Molla Pənah Vaqifin məqbərəsini, Xurşidbanu Natəvanın ev muzeyini ziyarət edib, eləcə də səfər iştirakçılarına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndəsi tərəfindən qoruq ərazisində aparılan yenidənqurma və bərpa işləri barəsində ətraflı məlumat verilib.

Jurnalist Rəhim Qədirov ATAA üzvlərinin Şuşaya ilk səfəri barədə geniş videoreportaj hazırlayıb. Turizm+ TV bu reportajı izləyicilərinə təqdim edir:

Qeyd edək ki,martın 18-dən etibarən həftədə bir dəfə olmaqla Şuşa şəhərinə 1 və 2 gecəlik turlar həyata keçiriləcək. Turlarda iştirak etmək arzusunda olan vətəndaşlar turizm agentliklərinə müraciət edə bilərlər.

Menecerlər